Dünən ICOM Azərbaycan Milli Komitəsinin "ICOM Connect – Üzvlərlə görüş • Muzeylərlə tanışlıq" görüşlər silsiləsinin növbəti tədbiri Bakı Zəfər Muzeyində təşkil olundu.
Görüş çərçivəsində komitə üzvləri muzeyin ekspozisiyası, konsepsiyası və fəaliyyət istiqamətləri ilə yaxından tanış oldular. Muzey əməkdaşı tərəfindən iştirakçılara ekspozisiya haqqında ətraflı məlumat verildi və müasir muzey yanaşmaları, ziyarətçi təcrübəsi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclas zamanı komitənin cari fəaliyyəti, gələcək layihələr, beynəlxalq əməkdaşlıq imkanları və qarşıdakı tədbirlər müzakirə olundu.
ICOM Azərbaycan Milli Komitəsi bu cür görüşlərin muzey mütəxəssisləri arasında peşəkar əməkdaşlığın, təcrübə mübadiləsinin və beynəlxalq əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inanır.








